Rusiyanın müdafiə nazirinin sabiq birinci müavini 10 il həbs cəzasına məhkum edilib

Region
  • 19 noyabr, 2026
  • 17:39
Rusiyanın müdafiə nazirinin sabiq birinci müavini 10 il həbs cəzasına məhkum edilib

Moskvada məhkəmə Rusiyanın müdafiə nazirinin sabiq birinci müavini Ruslan Tsalikovu korrupsiya işi üzrə 10 il müddətinə həbs cəzasına məhkum edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

O, həmçinin 500 milyon rubl (6 milyon dollardan bir qədər çox) məbləğində cərimələnib və 15 il müddətinə dövlət qulluğunda vəzifə tutması qadağan edilib.

R.Tsalikov xüsusilə külli miqdarda rüşvət alma, mənimsəmə və çirkli pulların yuyulmasında təqsirli bilinib.

44 filmi