Azərbaycan 3 ölkədən düyü tədarükünü bərpa edib

Biznes
  • 19 noyabr, 2026
  • 17:57
Azərbaycan 3 ölkədən düyü tədarükünü bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 30,7 milyon ABŞ dolları dəyərində 33 min 781 ton düyü idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 20 % azdır.

Hesabat dövründə Azərbaycan Hindistandan 25,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 21 % az) 25 min 401 ton (-20 %), Qazaxıstandan 2,8 milyon ABŞ dolları dəyərində (-27 %) 5 min ton (-21 %), Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (+3,8 dəfə) 1 min 974 ton (+4,7 dəfə), Pakistandan 985 min ABŞ dolları dəyərində (-56 %) 1 min 45 ton (-64 %), Türkiyədən 169,4 min ABŞ dolları dəyərində (-61 %) 126 ton (-80 %) düyü alıb.

Azərbaycan 8 il 7 ayın tamamında Kanadadan (0,3 min ABŞ dolları dəyərində 0,01 ton), 3 il 10 aylıq aradan sonra Böyük Britaniyadan (0,3 min ABŞ dolları dəyərində 0,15 ton) və 1 il 11 aylıq fasilənin ardından Yunanıstandan (23,3 min ABŞ dolları dəyərində 14 ton) tədarükü bərpa edib.

2025-ci ildə Azərbaycana idxal edilmiş 54 min 964 ton düyünün 70,3 %-i Hindistanın payına düşüb.

44 filmi