Maliyyə Nazirliyi 9 ayda 388 məhkəmə işinə cavabdeh qismində cəlb olunub

Maliyyə
  • 13 noyabr, 2026
  • 15:41
Maliyyə Nazirliyi 9 ayda 388 məhkəmə işinə cavabdeh qismində cəlb olunub

Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Nazirliyi 388 məhkəmə işinə cavabdeh qismində cəlb olunub.

"Report" xəbər verir ki, bu barədə nazirliyin 9 aylıq hesabatında bildirilir.

Sənədə əsasən, bu işlərdən 204-ü başa çatıb. Nəticədə 81 milyon manat qənaət edilib.

Hesabat dövründə həmçinin nazirlik 24 cinayət işinə zərərçəkmiş şəxs qismində cəlb olunub. Hesabat dövründə 3 cinayət işi başa çatıb ki, son nəticədə 3,5 milyon manat bərpa olunub.