Azərbaycanda mobil rabitə bazarı 5 % böyüyüb
- 13 noyabr, 2026
- 15:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyard 104,7 milyon manat dəyərində mobil telefon rabitəsi xidmətləri göstərilib.
Bu barədə "Report" Dövlət Statistika Komitəsindən bildirilib.
Bildirilib ki, bu, ötən ilin 10 ayı ilə müqayisədə 4,9 % çoxdur.
Məlumata görə, hesabat dövründə informasiya və rabitə müəssisələri ümumilikdə 3 milyard 639,6 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,9 % çox xidmət göstərib.
Xidmətlərin 589,1 milyon manatını (16,2 %-ni) internet, 641,5 milyon manatını (17,6 %-ni) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 427,7 milyon manatını (11,7 %-ni) informasiya, 876,6 milyon manatını (24,1 %-ni) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətlərinin dəyəri real ifadədə 29 %, internet xidmətlərinin dəyəri 21,6 %, informasiya xidmətlərinin dəyəri 6,4 %, mobil telefon rabitəsi xidmətlərinin dəyəri 2,7 %, digər informasiya və rabitə xidmətlərinin dəyəri isə 2,3 % artıb.