Qazaxın icra başçısının keçmiş müavininin evinə basqın olub, pul və qızıl-zinət əşyaları aparılıb
Hadisə
- 12 noyabr, 2018
- 16:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazax. 12 noyabr. REPORT.AZ/ Qazax rayonunda maskalı şəxs evə basqın edib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Bakı küçəsində qeydə alınıb.
Belə ki, ev sahibi Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələn maskalı şəxs onun qızıl üzüyünü, brilyant qaşlı sırğalarını və 50 manat nağd pulunu alaraq ərazidən uzaqlaşıb.
Zərərçəkmiş məsələ ilə bağlı polisə məlumat verib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ev ötən il Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad edilmiş Fərman Nağdaliyevə məxsusdur və onun həyat yoldaşı F.Məmmədovaya hər hansı bir xəsarət yetirilmədiyi bildirilir.
Son xəbərlər
11:11
"Sabah" Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb
Futbol
11:08
"İmişli" Azərbaycan Premyer Liqasında 10-cu qələbəsini qazanıb
Futbol
11:06
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin təyinatları müəyyənləşib
Futbol
11:06
Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20 %-dən çox artıb
İnfrastruktur
11:04
Foto
"Bakı Metropoliteni"ndə dekarbonizasiya layihəsi üzrə ilkin missiya başa çatıb
İnfrastruktur
11:01
Naxçıvanda yeni ünvan verilmiş daşınmaz əmlak obyektlərinin sayı 32 %-dən çox artıb
İnfrastruktur
11:01
Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu futbolçu olub
Futbol
10:59
"Araz-Naxçıvan" - "Uypest" oyununun təyinatları açıqlanıb
Futbol
10:58
Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir
Elm və təhsil