Naxçıvanda yeni ünvan verilmiş daşınmaz əmlak obyektlərinin sayı 32 %-dən çox artıb

İnfrastruktur
  • 26 oktyabr, 2026
  • 11:01
Naxçıvanda yeni ünvan verilmiş daşınmaz əmlak obyektlərinin sayı 32 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 984 daşınmaz əmlak obyektinə yeni ünvan verilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,4 % çoxdur.

Hesabat dövründə yeni ünvan verilmiş obyektlərdən 673-ü torpaq sahəsi, 108-i mənzil, 93-ü fərdi yaşayış evi, 66-sı qeyri-yaşayış binası, 44-ü isə qeyri-yaşayış sahəsi olub.

Bundan başqa, 9 ayda ümumilikdə 6 924 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2 481-i texniki pasport, 4 443-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.