"Bakı Metropoliteni"ndə dekarbonizasiya layihəsi üzrə ilkin missiya başa çatıb

İnfrastruktur
  • 26 oktyabr, 2026
  • 11:04
Bakı Metropolitenində dekarbonizasiya layihəsi üzrə ilkin missiya başa çatıb

"Bakı Metropoliteni" QSC-də dekarbonizasiya layihəsi üzrə ilkin missiya başa çatıb.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, Asiya İnkişaf Bankının (ADB) texniki yardımı çərçivəsində "Gələcəyin Ağıllı və Dayanıqlı Şəhər Nəqliyyatı üçün Bakı Metropoliteninin Dekarbonizasiyası" layihəsi üzrə iki həftəlik ilkin missiya yekunlaşıb.

Missiya çərçivəsində ekspertlərlə görüşlər keçirilib, metropolitenin müxtəlif obyektlərinə baxışlar təşkil olunub, həmçinin layihənin əsas istiqamətləri və növbəti mərhələləri rəhbərliklə müzakirə edilib.

Keçirilən görüşlər dayanıqlı şəhər nəqliyyatının inkişafı istiqamətində gələcək fəaliyyətlər üçün əsas formalaşdırır.

44 filmi