U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib

Futbol
  • 26 oktyabr, 2026
  • 12:18
U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib..

"Report"un məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Azərbaycan millisinin heyətində Yusif Əlizadə (4, 6) və Qafar Babayev (16-p.) fərqləniblər.

Xatırladaq ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.