Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu futbolçu olub

Futbol
  • 26 oktyabr, 2026
  • 11:01
Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu futbolçu olub

Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu futbolçu olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Premyer Liqanın IX turunun "Sumqayıt"la ev matçında (3:2) fərqlənib.

Gürcüstanlı forvard 121-ci oyununda "40"a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.

O, Fernando Peres ("Bakı") və Mehman Allahverdiyevlə ("Kəpəz") eyni göstəriciyə malikdir. Rekord isə "Qarabağ"da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.

44 filmi