Tramp və Rütte ABŞ-nin Avropadakı gələcək hərbi mövcudluğunu müzakirə ediblər

Digər ölkələr
  • 27 noyabr, 2026
  • 07:51
Tramp və Rütte ABŞ-nin Avropadakı gələcək hərbi mövcudluğunu müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rütte ilə Birləşmiş Ştatların Avropadakı gələcək hərbi mövcudluğunun perspektivlərini müzakirə etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri Florida ştatındakı malikanəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Biz bunu ətraflı müzakirə etdik", - Tramp NATO-nun Baş katibi ilə görüş zamanı bu mövzuya toxunulub-toxunulmadığı barədə sualı cavablandırarkən deyib.

Avropadakı Amerika qoşunlarının sayının azaldılması ehtimalını şərh edən Ağ Evin rəhbəri qeyd edib ki, NATO müttəfiqləri İranla münaqişədə Vaşinqtona kifayət qədər dəstək göstərməyiblər. Bununla yanaşı, Qrenlandiya ilə bağlı razılaşmalar onun mövqeyinə təsir göstərib.

44 filmi