Azad edilmiş ərazilərə köç edən keçmiş məcburi köçkünlər təsviri imkansız hisslər keçirirlər
- 27 noyabr, 2026
- 06:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Azad edilmiş ərazilərə köç edən keçmiş məcburi köçkünlər təsviri imkansız sevinc hissi keçirirlər.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xocalıya köç edən keçmiş məcburi köçkün Kazımova Durna deyib.
O bildirib ki, 26 yaşında çıxdığı doğma yurda illər sonra qayıtmaq onda əvəzolunmaz hisslər yaradıb. D. Kazımovanın sözlərinə görə, köçkünlük həyatı onda çox böyük yaralar açsa da, indi həmin yaraların sarılma vaxtıdır.
"Bu günü bizə yaşadan şəhidlərə Allahdan rəhmət, qazilərə isə cansağlığı arzulayıram", - S. Əşrəfova vurğulayıb.
"Öz doğma torpaqlarımıza qayıdıram və bilirəm ki, itirdiyim yaxınlarımın ruhu şaddır", - S. Quliyev deyib.
Doğma yurda qayıdan sakinlər Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.