Tramp demokratları ABŞ fond bazarının 6 trilyon dollar itirməsində günahlandırıb

Digər ölkələr
  • 23 noyabr, 2026
  • 02:14
Tramp demokratları ABŞ fond bazarının 6 trilyon dollar itirməsində günahlandırıb

ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdə Demokratlar Partiyasının qələbəsindən sonra ölkənin fond bazarının kapitallaşmasının 6 trilyon dollardan çox azaldığını bildirib.

"Report" xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Demokratların noyabrın 3-də qazandığı olduqca qəribə "qələbədən" sonra bazar 6 trilyon dollardan çox dəyər itirib. Təkcə "Nasdaq" indeksi 20 % azalıb", – Tramp bildirib.

Onun fikrincə, fond bazarındakı geriləməyə görə məsuliyyət tamamilə Demokratlar Partiyasının üzərinə düşür. Prezident partiyanın iqtisadi siyasətini iqtisadi artıma mane olan və siyasi hesablaşmalara yönəlmiş siyasət kimi xarakterizə edib:

"Bu, 100 faiz demokratların iqtisadi artıma qarşı yönəlmiş və yalnız hesablaşma məqsədi daşıyan siyasəti ilə bağlıdır. Əgər onlar öz kurslarını tezliklə dəyişməsələr, vəziyyət daha da pisləşəcək".

Bununla belə, ABŞ Prezidenti ölkə iqtisadiyyatının tezliklə bərpa olunacağına əminliyini ifadə edib.

Xatırladaq ki, noyabrın 6-da da Ağ Ev rəhbəri fond indekslərinin geriləməsini aralıq seçkilərin nəticələri ilə əlaqələndirərək ABŞ bazarının 3 trilyon dollar itirdiyini bildirmişdi.

44 filmi