Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb

Hadisə
  • 22 noyabr, 2026
  • 23:08
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb

Xaçmaz rayonu ərazisində yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz-Quba avtomobil yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "QAZ-3110" və "VAZ-21099" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ-21099"un sürücüsü və altı sərnişini xəsarət alıb.

Yaralıların Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri - ata, ana və onların dörd azyaşlı qız övladı olduğu bildirilir. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Azyaşlılardan birinin vəziyyəti ağır qiymətləndirilir, faktla bağlı araşdırma aparılır.