Kuşner: ABŞ Ukrayna, Rusiya və Avropa ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək

Digər ölkələr
  • 22 noyabr, 2026
  • 23:22
Kuşner: ABŞ Ukrayna, Rusiya və Avropa ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək

ABŞ-nin danışıqlar aparan nümayəndələri yaxın həftələrdə Avropada gələcək təhlükəsizlik arxitekturası məsələlərini Rusiya, Ukrayna və Avropalı tərəfdaşlarla müzakirə etməyi planlaşdırırlar.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner "X" sosial şəbəkəsində yazıb.

"Yaxın həftələrdə qapalı görüşlər və çoxtərəfli müzakirələr çərçivəsində Ukrayna, Avropalı tərəfdaşlarımız və Rusiya ilə bu təhlükəsizlik arxitekturası barədə ümumi anlaşma formalaşdırmağa çalışacağıq", – o bildirib.

Kuşnerin sözlərinə görə, məsləhətləşmələr ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla birlikdə aparılacaq.

O, həmçinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsinin Avropada ümumi təhlükəsizlik sisteminin formalaşdırılması kontekstində nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

"Ukraynaya təhlükəsizlik zəmanətləri Avropanın təhlükəsizlik arxitekturası nəzərə alınmadan təsdiqlənə bilməz. Bu məsələlərə birlikdə baxılmalıdır", – Kuşner qeyd edib.

44 filmi