Naxçıvanda payız-qış mövsümü ilə əlaqədar qərargah yaradılıb
Daxili siyasət
- 15 noyabr, 2023
- 05:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah yaradılıb.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, 2023-2024-cü ilin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə 2023-cü il noyabr ayının 15-dən mövsümün sonuna qədər saat 18:00-dan 00:00-dək Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah fəaliyyət göstərəcək.
"Naxçıvan şəhər sakinlərindən xahiş olunur ki, baş vermiş qəzaların dərhal aradan qaldırılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyətində yaradılmış qərargaha məlumat versinlər. Qərargahın əlaqə telefonu: 545-01-71", - məlumatda bildirilib.
Son xəbərlər
21:13
Füzulidə Şəhər Günü münasibətilə ustad dərsləri keçirilib
Mədəniyyət siyasəti
21:00
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub
Futbol
20:50
Foto
Naxçıvanda yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib
Fərdi
20:44
Foto
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
Fərdi
20:31
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Region
20:21
Fransada etirazçılar Lill meriyasının binasını talan ediblər
Digər ölkələr
20:09
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
Region
19:50
Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Region
19:39
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": 1918-ci ilin yayında Ağudi kəndində 75-i uşaq olmaqla, 325 nəfər öldürülüb
Daxili siyasət