Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

Fərdi
  • 17 oktyabr, 2026
  • 20:44
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

Qazaxıstanın Aktau şəhərində keçirilən Asiya Açıq Turnirinin ilk günündə Azərbaycan cüdoçuları 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) finaladək irəliləyərək turnirin gümüş medallarına sahib olublar.

Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kq) və Gülnarə Bayramova (57 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, iki gün davam edən Asiya Açıq Turnirində 7 ölkədən 182 idmançı mübarizə aparır.

44 - Tezliklə