Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
- 17 oktyabr, 2026
- 19:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ölkədə terrorla mübarizə və ictimai sülhün təmin olunması istiqamətində həyata keçirilən proses çərçivəsində PKK terror təşkilatı ilə heç bir sövdələşmənin aparılmadığını və güzəştə gedilmədiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
M. Çiftçi qeyd edib ki, son dövrlərdə Türkiyədə nadir rast gəlinən siyasi konsensus formalaşıb və bunun nəticəsində mühüm qanun qəbul edilib.
"Bu qanun nəticəsində terror təşkilatı ilə hər hansı sövdələşmə aparılıbmı? Qətiyyən aparılmayıb. Hər hansı güzəştə gedilibmi? Xeyr, güzəştə gedilməyib", – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, qəbul edilən qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, dövlətin və parlamentin iradəsinə uyğun olub.
Xatırladaq ki, avqustun 10-da "Terrorsuz Türkiyə"qanun layihəsinin qəbul edilməsi atılan mühüm addımlardan biri hesab olunur. Belə ki, yeni qanunla könüllü təslim olan PKK terror təşkilatı mənsublarının hüquqi statusuna yenidən baxılır.