Keçmiş məcburi köçkün: Cəbrayıla qürur hissi ilə qayıdırıq

Daxili siyasət
  • 17 noyabr, 2026
  • 07:22
Keçmiş məcburi köçkün: Cəbrayıla qürur hissi ilə qayıdırıq

Yurdumuza qürur hissi ilə qayıdırıq.

Bu fikirləri "Report"a Cəbrayıl rayonunun Soltanlı kənd sakini Namiq Orucov deyib.

N.Orucov bildirib ki, bu günü neçə illər arzulayıb: "Otuz üç ildən sonra kəndimizə dönürük. Allah Prezidentimizin canını sağ eləsin, bu günü bizə yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin. Ömrü boyu şəhidlərimizə borcluyuq. Uca tanrı qazilərimizə can sağlığı versin".

"Soltanlı kəndini tərk edəndə 23 yaşım vardı, indi 57 yaşımda qayıdıram. Torpaqlarımıza dönüb, Allahın köməyi ilə quruculuq işləri ilə məşğul olacağam. Kəndi qızım, oğlum, həyat yoldaşımla tərk etmişdim. Soltanlıya həyat yoldaşım, övladlarım, dörd nəvəmlə qayıdıram", - keçmiş məcburi köçkün əlavə edib.

Qeyd edək ki, Böyük Qayıdış çərçivəsində bu gün Soltanlı kəndinə 17 ailə - 74 nəfər köçürülüb.

44 filmi