Zəngilan sakini: Xoş həyəcandan sevincimi ifadə edə bilmirəm

Daxili siyasət
  • 17 noyabr, 2026
  • 06:38
Zəngilan sakini: Xoş həyəcandan sevincimi ifadə edə bilmirəm

Çox sevincliyik. Xoş həyəcandan sevincimi ifadə edə bilmirəm.

Bu fikirləri "Report"a Zəngilanın Cahangirbəyli kənd sakini Aynur Həsənova deyib.

Bu gün doğma yurda köçən keçmiş məcburi köçkün həyatının ən xoşbəxt günlərindən birini yaşadığını dilə gətirib:

"Allah Prezidentimizə, qazilərimizə can sağlığı versin. Onların zəhməti, əziyyəti sayəsində yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin.

Zəngilanın Cahangirbəyli kəndinə köçürük. Kəndi tərk edəndə 6 yaşım vardı, 40 yaşımda yurduma dönürəm. Kəndə həyat yoldaşım, iki övladımla qayıdıram".

44 filmi