Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfədən çox artıb

Biznes
  • 26 noyabr, 2026
  • 15:26
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfədən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 5,7 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 29,05 % artıb, idxal isə 20,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 12 milyard 653 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,25 dəfə çoxdur.