Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 28 % azaldıb
- 26 noyabr, 2026
- 15:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1 milyard 289 milyon 833,17 min ABŞ dolları dəyərində 64 min 898 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28 % və 31,4 % azdır.
Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 16 % azalaraq 591 ədəd (97,311 milyon ABŞ dolları dəyərində), əsasən adam daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 34 % azalaraq 57 742 ədəd (1077,12 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 5 763-ü (126,599 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 12 970-i (287,206 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 706-sı (18,601 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 58 %, ikincinin 65,4 %, üçüncünün isə 59,2 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 8,2 % azalaraq 6 047 ədəd (57,086 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 35 % artaraq 518 ədəd (58,317 milyon ABŞ dolları dəyərində) olub.