Rusiya XİN Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət bildirib
Xarici siyasət
- 08 fevral, 2018
- 13:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 fevral. REPORT.AZ/ "Prezident seçkiləri suveren Azərbaycan dövlətinin daxili işidir".
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Azərbaycanda prezident seçkilərinin vaxtının irəli çəkilməsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mümkün təsiri ilə bağlı danışarkən deyib.
"Seçkilərin vaxtının dəyişməsinin motivləri, səbəbləri və formatı barədə, ilk növbədə, şərh vermək üçün Azərbaycan tərəfinə müraciət edilməlidir. Və bu şərhlər Azərbaycan tərəfindən artıq edilib", - deyə M.Zaxarova bildirib.
Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.
Son xəbərlər
21:40
Tramp İranla bağlı kəşfiyyat məlumatlarında ziddiyyətlərin olduğunu bildirib
Digər ölkələr
21:28
ABŞ və Kanada ticarət sazişi bağlamağa yaxındır
Digər ölkələr
21:11
Bakıda insidentlə bağlı saxlanılan Orxan Əli-zadə barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib
Hadisə
20:56
Fransada fəallar "Milli Birlik" liderinin çıxışını pozmağa cəhd ediblər
Digər ölkələr
20:38
Tramp ABŞ, Rusiya və Ukrayna danışıqlarının tezliklə keçiriləcəyini açıqlayıb
Digər ölkələr
20:20
Foto
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib
Futbol
20:00
Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edib
Futbol
19:47
Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, iki nəfər yaralanıb
Digər ölkələr
19:33
Foto
Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
Fərdi