Bakıda insidentlə bağlı saxlanılan Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Hadisə
  • 25 oktyabr, 2026
  • 21:11
Bakıda insidentlə bağlı saxlanılan Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Bakıda insidentlə bağlı saxlanılan Əhməd Əli-zadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Report"un məlumatına görə, bu barədə qərar Nizami Rayon Məhkəməsində verilib.

Nizami Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-in 218.1, 218.2 (Ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma və iştirak etmə), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; külli miqdarda törədildikdə) 29 (Cinayət etməyə cəhd), 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilib.

Qeyd edək ki, Əhməd Əli-zadə deputat Arzuxan Əlizadənin oğludur.

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

"Report"un məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində qəbul olunub.

Qərara görə, Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə təqsirləndirilən Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu və Zülfiqarov Həsən Mehman oğlunun həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.

Əli-zadə Əhməd Arzuxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət isə baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

44 filmi