Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub

Fərdi
  • 25 oktyabr, 2026
  • 19:33
Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub

Gənclərdən ibarət Azərbaycan millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Qran-Pri turnirini beş medalla başa vurub.

"Report" xəbər verir ki, yarışın son günündə daha iki təmsilçimiz fəxri kürsüdə yer alıb.

Əli Qazıməmmədov (-90 kq) və Davud Namazlı (-100 kq) üçüncü yeri tutaraq bürünc mükafata sahib çıxıblar.

Xatırladaq ki, turnirin ilk günündə Vüsalə Hacıyeva (-57 kq) gümüş, Xədicə Qədəşova (-57 kq) və Hanna Zaytseva (-63 kq) isə bürünc medal qazanıblar.

44 filmi