Məsud Pezeşkian: İran Azərbaycanla əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək əzmindədir

Xarici siyasət
  • 23 may, 2025
  • 12:12
Məsud Pezeşkian: İran Azərbaycanla əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək əzmindədir

İran İslam Respublikası əlaqələri ortaq maraqlar çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək və yüksəltmək əzmindədir.

“Report”un məlumatına görə, bu barədə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanın milli bayramı münasibətilə İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir:

“İran bu baxımdan nəqliyyat, elektrik enerjisi, təbii qaz ilə bağlı müxtəlif sahələrdə ortaq layihələrin tamamlanması işlərinin sürətləndirilməsinin, ticarət mübadiləsinin həcminin artırılmasının, insanlar arasında təmasların asanlaşdırılmasının önəm kəsb etdiyini vurğulayır”.