Ağdama qayıdan keçmiş məcburi köçkün: İstərdim bu gün ata-anam da yanımda olsunlar

Daxili siyasət
  • 30 oktyabr, 2026
  • 06:55
Ağdama qayıdan keçmiş məcburi köçkün: İstərdim bu gün ata-anam da yanımda olsunlar

Çox istərdim bu gün ata-anam da yanımda olsunlar. Təəssüf ki, onlar yoxdur.

Bu sözləri "Report"a açıqlamasında bu gün Ağdama qayıdan keçmiş məcburi köçkün Nərgiz Mustafayeva deyib.

O, hisslərini gizlədə bilməyib: "Ağdama köçürük – ata-baba yurdumuza. Sevincimizin hədd-hüdudu yoxdur.

Otuz üç ildən sonra yurda qayıtmaq nə deməkdir? Həm sevinirik, həm də kövrəlirik. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik. Ali Baş komandanımıza təşəkkür edirik. Allah Prezidentimizin canını sağ eləsin, xalqımızın üstündən əskik olmasın".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər köçürülüb.