"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub

Maliyyə
  • 30 oktyabr, 2026
  • 05:18
Binance haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub

"Binance" kriptovalyuta birjası ehtimal edilən haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub.

"Report"un xəbərinə görə, ticarət platformasının rəhbərliyi bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hazırda dondurulmuş vəsaitlərin təsdiqlənmiş məbləği 2,54 milyard dollardır. Mütəxəssislərimiz hüquq-mühafizə orqanları, emitentlər, analitik blokçeyn şirkətləri və sənaye tərəfdaşları ilə birlikdə əlavə aktivləri izləməyə və dondurmağa davam etdiklərindən bu məbləğ arta bilər", - məlumatda deyilir.

"Binance" yalnız təsdiqlənmiş məlumatları dərc edəcəyini və təsdiqlənəcəyi təqdirdə yeni informasiyalar təqdim edəcəyini vurğulayıb.

Bundan əlavə, birja təhlükəsizlik tədbiri olaraq "Alpha" platformasında ticarəti müvəqqəti dayandırıb.

44 filmi