Japarov: Bişkek və Bakı əldə olunmuş razılaşmaları ardıcıl şəkildə həyata keçirməlidir

Xarici siyasət
  • 20 oktyabr, 2026
  • 12:34
Japarov: Bişkek və Bakı əldə olunmuş razılaşmaları ardıcıl şəkildə həyata keçirməlidir

Qırğızıstan və Azərbaycan əldə olunmuş razılaşmaları, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında müqaviləni ardıcıl olaraq həyata keçirməlidir.

"Report" Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Sadır Japarov Bişkekdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.

Tərəflər ticari-iqtisadi, investisiya, energetika və nəqliyyat sahələrində əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

"Dövlət başçısı Qırğızıstan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakterini vurğulayıb, əldə olunmuş razılaşmaların, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilənin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib", - məlumatda bildirilib.

S.Qafarova isə Qırğızıstan liderinə və xalqına Azərbaycan Prezidentinin salamlarını və ən xoş arzularını çatdırıb.

Milli Məclisin sədri həmçinin ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası qarşılıqlı fəaliyyətin dinamik inkişafını qeyd edib və iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

44 - Tezliklə