Azərbaycan Niderland ilə aqrar sahədə əməkdaşlıq imkanlarını qiymətləndirib
- 20 oktyabr, 2026
- 15:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda Niderlandla aqrar sahədə əməkdaşlıq üçün imkanlar və çağırışlar qiymətləndirilib.
"Report" Niderlandın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, müvafiq araşdırmanı diplomatik missiyanın dəstəyi ilə Azərbaycanın "PFF Agro Consulting" şirkəti aparıb.
Araşdırma istixana təsərrüfatları, gülçülük, toxumçuluq, heyvandarlıq, su ehtiyatlarının idarə edilməsi və qida sənayesi kimi istiqamətləri əhatə edir. Sənəddə investisiya imkanları, yerli tərəfdaşlıqların yaradılması variantları və bazara çıxış yolları haqqında məlumat təqdim olunur.
Eyni zamanda, araşdırmada kənd təsərrüfatı və qida məhsullarının ixracı üzrə dünya liderlərindən biri olan Niderlandın təklif edə biləcəyi innovativ həllər, ekspert bilikləri və texnologiyalar diqqətə çatdırılıb.