Ceyhun Bayramov: Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsində Litvanın dəstəyi önəmlidir

Xarici siyasət
  • 25 noyabr, 2026
  • 13:30
Ceyhun Bayramov: Azərbaycan və Aİ arasında viza rejiminin sadələşdirilməsində Litvanın dəstəyi önəmlidir

Azərbaycan və Avrop İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsində Litvanın dəstəyi önəmlidir.

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə mətbuat üçün brifinqdə deyib.

O, keçirilən görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi məsələsinin də müzakirə olunduğunu bildirib:

"Litvalı həmkarım bu məsələdə dəstəyini ifadə edib. Aİ-nin qaydası belədir ki, üzv ölkələr bu sadələşdirmə prosesini ayrı-ayrı yox, ümunilikdə həyata keçirməlidirlər. Amma şübhəsiz, ayrı-ayrı ölkələrin mövqeyi mühümdür və Litva tərəfindən dəstəyin ifadəsi bizim üçün çox vacibdir".

C.Bayramov viza rejiminin sadələşdiriməsinin Azərbaycana və Aİ ölkələrinə əlavə imkanlar yaradacağını qeyd edib:

"Biz buna hazırıq. Azərbaycan bir çox ölkələrlə qarşılıqlı şəkildə viza rejiminin aradan qaldırılmasını reallaşdırıb. Bizim üçün bunun eynisinin Aİ ilə də edilməsi vacib və faydalı ola bilər. 2027-ci ilin ilk yarısında Litvanın Avropa İttifaqı Şurasına prezidentliyi həyata keçirəcəyi nəzərə alınsa, bu mövzudan da irəli çıxaraq bu gündəliyin irəli aparılmasında yaxşı bir fürsət ola bilər".