Çexiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplər əsasında həllinin zəruriliyini bildirib

Xarici siyasət
  • 08 dekabr, 2016
  • 11:20
Çexiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış prinsiplər əsasında həllinin zəruriliyini bildirib

Bakı. 8 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əvvəlcədən razılaşdırılmış prinsiplər əsasında çıxış yolu tapmaq lazımdır".

"Report" xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

Onun sözlərinə görə, danışıqların mövcud formatlarını dəstəkləmək lazımdır.

XİN başçısı həmçinin Moldova, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpasına çağırış edib.

44 filmi