Baş katibin müavini: Azərbaycanın AQEM-ə sədrliyi dövründə insanmərkəzli yanaşma güclənib

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 16:43
Baş katibin müavini: Azərbaycanın AQEM-ə sədrliyi dövründə insanmərkəzli yanaşma güclənib

Azərbaycanın AQEM-ə sədrlik etdiyi müddətdə təşkilatda insanmərkəzli yanaşma daha da möhkəmlənib.

"Report" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) Baş katibinin müavini Janq Linq Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan "Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar" adlı panel sessiyasında səsləndirib.

Onun sözlərinə görə, Bakıda təşkil edilən AQEM-in VII Zirvə Görüşü zamanı üzv dövlətlər Asiya regionunda inamın, əməkdaşlığın və sabitliyin dərinləşdirilməsi istiqamətində güclü iradə ortaya qoyublar:

"Sammitin nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilib və dövlətlər bu sahədəki öhdəliklərini yenidən təsdiq ediblər. Təşkilatın təhlükəsizlik strategiyası sülh və sabitliyin yalnız hərbi müqavilələrlə deyil, həmçinin hərtərəfli yanaşma və xalqlararası qarşılıqlı anlaşma vasitəsilə təmin oluna biləcəyini əsas prinsip kimi qəbul edir".

J.Linq qeyd edib ki, bu kontekstdə mədəni dialoq və insan ölçüsü AQEM-in işində əsas yer tutur:

"Davamlı sülh və dayanıqlı təhlükəsizlik xalqlar arasındakı qarşılıqlı anlayışa söykənir. Məhz buna görə də mədəni dialoq bu prosesdə mühüm funksiya daşıyır, xalqlar arasında anlaşmanın və etimadın artırılmasına ciddi töhfə verə bilər".

44 filmi