Səfir: Avropa Parlamenti Qarabağ azad edildikdən sonra Azərbaycan əleyhinə 18 qətnamə qəbul edib

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 16:44
Səfir: Avropa Parlamenti Qarabağ azad edildikdən sonra Azərbaycan əleyhinə 18 qətnamə qəbul edib

Avropa Parlamenti Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra ölkənin əleyhinə 18 qətnamə qəbul edib.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Avropa İttifaqındakı səfiri Məmməd Əhmədzadə Brüsseldə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi və Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən birgə təşkil olunan "Azərbaycan və Avropa İttifaqı: yeni perspektivlər" forumunda bildirib.

M. Əhmədzadə həmçinin Azərbaycan ərazilərinin qonşu ölkə tərəfindən 30 illik işğalı ərzində Avropa Parlamentinin Ermənistana qarşı heç bir qətnamə qəbul etməməsi və oxşar tədbirlər görməməsi ilə əlaqədar təəccübünü ifadə edib.

O əlavə edib ki, rəsmi Bakı ərazi bütövlüyünü bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edilib və bunu bir növ "cəza" adlandırıb.

M. Əhmədzadənin sözlərinə görə, Avropa Parlamenti ilə dialoq, tərəfdaşlıq və əməkdaşlığın dayandırılması barədə qərar Azərbaycan parlamenti tərəfindən qəbul edilib.

44 filmi