Yerjan Mukaş: Bu il İƏT-in turizm paytaxtı olan Şuşada keçirilən tədbirlərdən çox razı qaldıq
- 18 noyabr, 2026
- 17:45
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmiləri 2026-cı ildə təşkilatın turizm paytaxtı olan Şuşada keçirilən tədbirlərdən razı qalıblar.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu İƏT Baş katibinin müavini Yerjan Mukaş "Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026" tədbirinin bağlanış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, ötən il Ərzurumdan başlayan, bu il Şuşada keçirilən analoji tədbirin gələn il Pakistanın Lahor şəhərində davam edəcəyini vurğulayıb:
"Beləliklə, biz hər il təşkilatın turizm paytaxtı seçilən şəhərin yerləşdiyi ölkədə olacağıq. Tədbirin bu il Şuşada keçirilməsi çox qürurvericidir. Mən bundan öncə də Azərbaycanda, Şuşada olmuşam. Təşkilatın turizm paytaxtı olan Şuşada keçirilən tədbirlərdən çox razı qaldıq. Həmçinin bağlanış mərasimi çərçivəsində təqdim olunan sərgi bizdə dərin təəssürat yaratdı. Burada iştirakçı ölkələrin milli adətlərini əks etdirən geyim və aksessuarlarla tanış olduq".