Paşinyan: Ümumi istifadədə olan çaylardan birgə yararlanmaq qaydalarının Azərbaycanla müzakirəsi vacibdir
- 18 noyabr, 2026
- 17:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistan və Azərbaycan ərazilərindən axan çayların su ehtiyatlarından istifadə əməkdaşlıq və ümumi qaydaların, o cümlədən ekoloji normalara riayət olunması məsələsinin müzakirəsini tələb edir.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
N.Paşinyan qeyd edib ki, münaqişəni aradan qaldıran ölkələr müxtəlif sahələrdə əməkdaşlıq etməlidirlər: "Azərbaycan ərazisindən Ermənistana və əksinə axan çaylar var. Əslində, bunlar ümumi çaylardır".
Baş nazir ekoloji tələblər də daxil olmaqla, su ehtiyatlarından birgə istifadə qaydalarının müzakirəsinin zəruriliyini vurğulayıb.
N.Paşinyan, həmçinin bu sahədə İran və Türkiyə ilə münasibətlərdə bu cür əməkdaşlığa dair nümunələr gətirib.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatları dəfələrlə belə bir məsələ qaldırıblar ki, Ermənistan transsərhəd çaylardan istifadə zamanı ekoloji normalara riayət olunmasını təmin etməlidir.