“Bakqazmaş” səhmdarlarına hesabat verəcək

Sənaye
  • 20 aprel, 2017
  • 10:27
“Bakqazmaş” səhmdarlarına hesabat verəcək

Bakı. 20 aprel. REPORT.AZ/ İyunun 14-də, saat 11:00-da “Bakqazmaş” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq ASC-nin Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsində yerləşən ofisində olacaq.

Xatırladaq ki, “Bakqazmaş” ASC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 284 420 manatdır.