SEPAH daha iki neft tankerinin Hörmüzdə minaya düşdüyünü açıqlayıb
Region
- 29 noyabr, 2026
- 16:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hörmüz boğazında mina ilə toqquşan iki neft tankerində partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
"Səhər saatlarında dəniz qaydalarına və xəbərdarlıqlara məhəl qoymayaraq Hörmüz boğazının qanunsuz və saxta cənub marşrutu ilə hərəkət edən iki tanker dəniz minaları ilə toqquşma nəticəsində partlayıb və güclü yanğın baş verib", - məlumatda bildirilib.
Qeyd olunub ki, partlayan gəmilərdən birinin - supertankerin göyərtəsində iki milyon bareldən çox xam neft olub.
Daha əvvəl Hörmüz boğazının şərqində neft tankerinin minaya düşdüyü barədə məlumat verilmişdi.
Son xəbərlər
16:27
Ukrayna Rusiyanın hərbi obyektlərinə zərbələr endirildiyini bəyan edib
Digər ölkələr
16:24
Qubada "Gənclərin CTF Kuboku 2026" yarışı keçirilib
Daxili siyasət
16:21
Azərbaycan Premyer Liqasının XIII turunda daha bir matç keçirilib
Futbol
16:15
SEPAH daha iki neft tankerinin Hörmüzdə minaya düşdüyünü açıqlayıb
Region
16:06
Bəzi magistral yollarda görünüş məsafəsi azalacaq
İnfrastruktur
15:57
Əl-Maliki: Husilər danışıqlar masası arxasına əyləşsələr, Yəməndəki müharibə "sabah" başa çata bilər
Digər ölkələr
15:50
Azərbaycanın U-19 yığması Avropa çempionatının seçmə mərhələsində növbəti məğlubiyyətini alıb
Futbol
15:49
İsveçrəlilərin əksəriyyəti silah ixracı qaydalarının sadələşdirilməsini dəstəkləyir - Yenilənib
Digər ölkələr
15:43
Krasnoyarskda baş verən qəzada ölənlərin sayı altı nəfərə çatıb
Region