Azərbaycanın U-19 yığması Avropa çempionatının seçmə mərhələsində növbəti məğlubiyyətini alıb

Futbol
  • 29 noyabr, 2026
  • 15:50
Azərbaycanın U-19 yığması Avropa çempionatının seçmə mərhələsində növbəti məğlubiyyətini alıb

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi 2026/2027 mövsümündə Avropa çempionatının I təsnifat raundunda ikinci matçına çıxıb.

"Report"un məlumatına görə, B Liqasının 3-cü qrupunda yer alan kollektiv II turda Şimali Makedoniya seçməsi ilə üz-üzə gəlib.

Stara Pazova şəhərində yerləşən Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzinin 4-cü meydançasında təşkil olunan görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk qarşılaşmada Serbiyaya 0:3 hesabı ilə uduzan komanda qrupdakı son oyununu dekabrın 2-də Monteneqroya qarşı keçirəcək.