Məkkə sazişi Türkiyədə təsdiqlənib

Region
  • 14 noyabr, 2026
  • 01:22
Məkkə sazişi Türkiyədə təsdiqlənib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, saziş Türkiyənin "Resmi Gazete"sində dərc edilib.

"7 avqustda Məkkədə imzalanan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Krallığı arasında Məkkə sazişinin təsdiqlənməsinin məqsədəuyğun hesab edildiyi bildirilib. Dərc edildiyi andan etibarən qüvvəyə minən qanunun müddəalarını Prezident icra edəcək", - məlumatda deyilir.

Qeyd edək ki, Məkkə sazişi üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.

44 filmi