Ordubadda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Hadisə
  • 14 noyabr, 2026
  • 03:29
Ordubadda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

"Report"un yerli bürosu xəbər verir ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalıyev Hüseynalı həyatını itirib.

Qəza nəticəsində xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzaya düşən hər üç şəxs Vətən müharibəsi iştirakçısıdır.

Qeyd edək ki, xəsarət alan Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

44 filmi