İran Hərbi Dəniz Qüvvələri: Hörmüzün şərqində tanker minaya düşüb

Region
  • 21 noyabr, 2026
  • 17:18
İran Hərbi Dəniz Qüvvələri: Hörmüzün şərqində tanker minaya düşüb

Hörmüz boğazının şərq hissəsində tanker dəniz minasına düşüb.

"Report" İRİB-ə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir.

"Bu gün günortadan sonra bir neft tankeri edilən xəbərdarlıqlara və hərəkət qaydalarına baxmayaraq, identifikasiya və naviqasiya sistemlərini söndürərək Hörmüz boğazının şərqindəki qadağan olunmuş zonaya daxil olub. Mina ilə toqquşma nəticəsində onu alov bürüyüb", - məlumatda qeyd olunur.