Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb

Maliyyə
  • 21 noyabr, 2026
  • 17:16
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyard 487,2 milyon manat olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 % çoxdur.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 10 milyard 202,8 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 75,6 %-ni təşkil edib.

10 ayda hər bir ölkə sakini orta hesabla 1 min 312,7 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 154 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.