Ermənistanın baş naziri hakim partiyaya üzvlüklə bağlı ərizə verib

Region
  • 24 noyabr, 2016
  • 08:57
Ermənistanın baş naziri hakim partiyaya üzvlüklə bağlı ərizə verib

Bakı. 24 noyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Karen Karapetyan hakim Respublikaçılar Partiyasına üzv olmaq haqda ərizə verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, bu barədə hökumətin noyabrın 24-də keçirilən toplantısında bildirib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarqsyan bu partiyanın sədridir. Karen Karapetyanın əvəzlədiyi keçmiş baş nazir Ovik Abramyan da bu partiyanın üzvüdür.