Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək

Region
  • 05 noyabr, 2026
  • 12:06
Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək

Ermənistan parlamenti TRIPP ("Tramp marşrutu") layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, müvafiq qərar hökumətin iclasında təsdiqlənib.

Növbədənkənar iclasın gündəliyinə beynəlxalq sazişlər əsasında təsis edilən və Ermənistan hökumətinin 25 % və daha çox iştirak payına malik olduğu şirkətlərin hüquqi münasibətlərini tənzimləyəcək "Səhmdar cəmiyyətləri haqqında" qanuna dəyişikliklər layihəsi daxil edilib.

Bu, sözügedən marşrutun tikintisi və idarə olunması üçün yaradılmış "TRIPP Development Company"nin işini tənzimləməyə kömək etməklə yanaşı, həm də beynəlxalq formatda yaradıla biləcək digər şirkətlər üçün də nəzərdə tutulub.

İclasın tarixi dəqiqləşdirilməyib.