Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib

Region
  • 07 sentyabr, 2024
  • 13:59
Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib

Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib.

"Report" xəbər verir ki, bu barədə "Sputnik-Armeniya"ya Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Ermənistan tarixi Ani körpüsünün bərpa işlərinə dair öz yanaşmalarını Türkiyəyə təhvil verib”, - XİN-dən bildiriblər.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankarada türkiyəli keçmiş həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Ermənistan və Türkiyənin Ani sərhəd körpüsünü təmir edəcəyini bildirmişdi.