Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb

Fərdi
  • 24 oktyabr, 2026
  • 20:14
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb

Azərbaycanın iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astana keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, yarışın ilk günündə mübarizəyə qoşulan idmançılardan Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) buna nail olublar.

Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) 1/4 finalda uduzublar.

Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.