Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə
  • 24 oktyabr, 2026
  • 20:45
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Changan" markalı avtomobil 54 yaşlı Elman Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.