Azərbaycanla Türkiyə arasında istilik təchizatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Region
  • 19 iyul, 2022
  • 15:29
Azərbaycanla Türkiyə arasında istilik təchizatı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

“Azəristiliktəchizat” ASC-də Türkiyənin “ADL” Mühəndislik şirkətinin mütəxəssisləri ilə istilik təchizatı sahəsində yeniliklərə dair görüş keçirilib.

Bu barədə "Report"a "Azəristiliktəchizat"dan məlumat verilib.

Məlumata görə, görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Daha sonra “ADL” Mühəndislik şirkətinin nümayəndələri "Azəristiliktəchizat” ASC-nin qazanxanalarında olub, avadanlıqlarla tanış olaraq rəy və təkliflər bildirilib.