Avropa Şurasında Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı hesabat müzakirəyə çıxarılıb

Region
  • 18 noyabr, 2026
  • 18:28
Avropa Şurasında Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı hesabat müzakirəyə çıxarılıb

Strasburqda Avropa Şurasının Baş katibi Alen Bersetin Gürcüstandakı münaqişə ilə bağlı 34-cü konsolidasiya olunmuş hesabatı müzakirəyə çıxarılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bersetin təqdim etdiyi hesabat 2026-cı ilin aprel-sentyabr aylarında Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində baş verən hadisələri əhatə edir.

İclasda çıxış edən Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı məsələlərin Avropa Şurasının gündəliyində saxlanılmasının vacibliyini vurğulayıb.

Nazir müavini işğal olunmuş ərazilərdəki təhlükəsizlik, humanitar və insan hüquqları vəziyyəti barədə məlumat verib. O, Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həlli siyasətinə sadiqliyini bir daha təsdiqləyib.

Avropa Şurasının Baş katibi isə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib.