IMF: Mərkəzi Asiyanın iqtisadiyyatları üçün xarici stimullar gözləntilərdən daha dayanıqlı oldu
- 13 noyabr, 2026
- 09:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Həyata keçirilən struktur dəyişiklikləri və xarici kapital axını Mərkəzi Asiya regionunun iqtisadi inkişaf proqnozlarının hazırlanmasında böyük çətinliklər yaradır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Kardarelli fondun Yaxın Şərq və Mərkəzi Asiya dövlətləri üzrə regional iqtisadi icmalının Özbəkistanda keçirilən təqdimatı zamanı bildirib.
Fondun nümayəndəsi vurğulayıb ki, birinci nəsil islahatlar başa çatdıqdan sonra Mərkəzi Asiya ölkələri dayanıqlı yüksəliş trayektoriyasına çıxıblar. Lakin onun fikrincə, geosiyasi sarsıntılar nəticəsində vəziyyət köklü şəkildə dəyişib.
"Rusiya-Ukrayna münaqişəsinin qonşu dövlətlərə mənfi təsiri barədə analitiklərin ilkin narahatlıqları gözlənilməz təsirlərin qeydə alınması ilə əvəzləndi", - fondun nümayəndəsi bildirib.
Xəbər yenilənir